İran ABŞ-ın 5 şirkətinə qarşı sanksiya tətbiq edibbackend

İran ABŞ-ın 5 şirkətinə qarşı sanksiya tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailə dəstək verdikləri üçün ABŞ-dan 5 şirkət və 7 şəxsə sanksiya tətbiq edəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Sanksiya siyahısına Amerikanın hərbi-sənaye şirkətləri “Lockheed Martin”, “Chevron” və “General Dynamics” daxildir. İranın sözlərinə görə, bəzi şəxslər, eləcə də ABŞ şirkətləri “İsrail rejiminin terror aktlarını” dəstəkləyib və maliyyələşdirib, fələstinlilərin, xüsusən də Qəzza zolağı sakinlərinin hüquqlarının pozulmasına töhfə veriblər.