İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar barədə Rusiyanı məlumatlandırıbbackend

İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar barədə Rusiyanı məlumatlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Tehranın nüvə proqramı üzrə Vaşinqtonla dialoqunun gedişatı barədə məlumat verib.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

Biz nüvə məsələlərini və İranla ABŞ arasında danışıqları ətraflı müzakirə etdik. Mən onların məzmunu barədə cənab Lavrova məlumat verdim”, – Əraqçi bildirib.

O, Rusiyanın əvvəllər Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) həyata keçirilməsində əsas rol oynadığını vurğulayıb və gələcək sazişlərdə Moskvanın dəstəyinə ümid etdiyini bildirib.

“Cənab Lavrov əmin etdi ki, işlər davam etdiriləcək”, – iranlı nazir əlavə edib.