İran ABŞ-nin təklifini RƏDD ETDİbackend

İran ABŞ-nin təklifini RƏDD ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani, ABŞ prezidenti Co Baydenin təklif etdiyi Qəzza zolağında atəşkəs razılaşmasını rədd edib.

NOCOMMENT.az-ın məlumatına görə, o, həmçinin İsraili Livana qarşı hərtərəfli müharibəyə başlamaq barədə xəbərdarlıq edib:

“Fələstin xalqına qarşı cinayətlər törətmək üçün İsrailə ən böyük hərbi texnika və silah tədarükçüsü sayılan və quruma yardımı hələ də davam edən ölkə Qəzzada atəşkəs üçün səmimi plan təqdim edə bilmir.”

“Əgər amerikalılar vicdanlıdırlarsa, İsrailə də yardımlarını kəssinlər. Bu yardım İsraildən kəsildikdən sonra, qurumun Fələstin xalqına qarşı cinayət və qətl törətmək üçün alətləri olmayacaq və müharibə avtomatik olaraq sona çatacaq”, -deyə Əli Baqiri qeyd edib.