Spiegel yazır ki, İran iranlı bir danimarkalı cəlb etməklə Almaniyada yəhudilərə qarşı terror hücumları hazırlaya bilərdi.
NOCOMMENT.az-ın məlumatına görə əşr qeyd edir ki, “İran Almaniyadakı yəhudi institutlarına hücumlar planlaşdırırdı”.
Polis Berlində hücumun mümkün hədəflərini kəşf etdiyi və yəhudi icması ilə əlaqəli obyektlərin fotoşəkillərini çəkdiyi iddia edilən İran əsilli Danimarka vətəndaşı Əli S.-ni saxlayıb. Müstəntiqlərin bildirdiyinə görə, o, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xaricdə əməliyyatlar üzrə ixtisaslaşmış Qüds Qüvvələri tərəfindən işə götürülüb.
May ayında Britaniyada dördü iranlı olmaqla beş nəfər terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edilib .