İran Almaniyanın Tehrandakı səfirini XİN-ə çağırdıbackend

İran Almaniyanın Tehrandakı səfirini XİN-ə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Almaniya hakimiyyətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında İrana qarşı bəyanatlarına cavab olaraq, ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırdığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi saytında bildirilib.

Məlumata görə İranın daxili işlərinə qarışan Almaniya hakimiyyətinin müdaxiləçi münasibətinə görə Tehran administrasiyasının etirazı səfir Hans Udo Muzelə çatdırılıb.

“Biz bunu tamamilə rədd edirik, çünki BMT-nin İnsan Haqları Şurasının iclasında siyasi məqsədlə qəbul edilən son qərar yanlış addım idi. İran bu çərçivədə qurulacaq heç bir mexanizmlə əməkdaşlıq etməyəcək. Almaniya və digər Avropa ölkələrinin İran xalqına qarşı tətbiq etdiyi birtərəfli sanksiyalarla insan hüquqlarını ağır şəkildə pozan ABŞ-la əməkdaşlığı bu ölkələri insan haqları mövzusunda nüfuzdan salacaq”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasında İranda insan haqlarının vəziyyətini araşdırmaq üçün araşdırma qrupunun təyin edilməsi təklifinin səs çoxluğu ilə qəbul edilməsinə reaksiya vermişdi.

Jalə Bədirova

NOCOMMENT.az