“Keçən il mən Yaxın Şərqin simasını dəyişəcəyimizi bəyan etmişdim və indi bunu edirik”.
NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, baş verən hadisələrdə İslam Respublikasının və onun Yaxın Şərqdəki qollarının rolu olduğunu açıq şəkildə bildirib: “Suriya artıq keçmiş Suriya deyil, Livan keçmiş Livan deyil, Qəzza artıq keçmiş Qəzza deyil və bu oxun lideri olan İran da artıq keçmiş İran deyil və qolumuzun gücünü hiss edib”.
Suriyadakı son hadisələrə toxunan Netanyahu əlavə edib ki, İsrailin Suriya ilə münaqişədə heç bir marağı yoxdur.\\Unikal