İran: Avropaya təbii qaz ixrac etsək…backend

İran: Avropaya təbii qaz ixrac etsək…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Milli Təbii Qaz Şirkətinin baş direktoru Mecid Çegeni ölkəsinin Avropaya təbii qaz ixrac edəcəyi təqdirdə bunu Türkiyə üzərindən həyata keçirəcəklərini bildirib.

NOCOMMENT xəbər verir ki, İran İşçi Xəbər Agentliyinə danışan Çegeni, ölkəsinin təbii qaz ixracatına gələcək yanaşması haqqında məlumat verib. Çegeni, “Avropaya təbii qaz ixrac etsək, Türkiyə üzərindən olacaq” deyib.

Pakistan, Əfqanıstan və Omanın da İran təbii qazını istədiyini ifadə edən Çegeni, danışıqların gündəmdə olduğunu, lakin bu ölkələrin bəziləri ilə müqavilə imzalamaq üçün lazım olan infrastrukturun hələ hazır olmadığını qeyd edib.