İran Azərbaycandan nə istəyir? – Süleymaninin qətlindən sonra…backend

İran Azərbaycandan nə istəyir? – Süleymaninin qətlindən sonra…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrailin Azərbaycanda heç bir hərbi bazası yoxdur, bunu həmin iddianı ortaya atan İran da bilir”.

NOCOMMENT.az xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.

Ekspert İranın Cənubi Qafqazdakı vəziyyəti bilərəkdən gərginləşdirdiyini söyləyib: “İran “İsrail” şüarları ilə Azərbaycanla münasibətlərini gərginləşdirir. “Sərhədimizdə sionist bazanın qurulmasına imkan verməyəcəyik” deyərək sərhəddə qoşun yerləşdirib və Azərbaycanı hədəf alan aqressiv davranışlar sərgilməyə başlayıb.

Əslində, İranın narahatlığının əsl səbəbi Azərbaycan-İsrail yaxınlığı deyil. Bunu sözdə desələr də, əsas məsələ Qarabağdakı 30 illik status-kvonun dəyişməsi ilə ortaya çıxan yeni reallıqdır. Bu reallığın qalibi isə Türkiyə və Azərbaycandır.

Qarabağdakı qələbədən sonra Zəngəzur dəhlizi kimi İranın birtərəfli ticarət xətlərinin üstündən xətt çəkən yeni tənliklər qurulur. Yəni İran “Türk dəhlizi”ndən narahatdır, İsraildən deyil, türklərin güclənməsindən çəkinir.

İsrailin Azərbaycanda heç bir hərbi bazası yoxdur. Əslində bunu həmin iddianı ortaya atan İran da bilir. İran bölgədə türk dövlətlərinin güclənməsinin öz maraqlarına zərər vuracağından narahatdır. İsrail bəhanəsi ilə Qasım Süleymani və Möhsün Fəxrizadənin öldürülməsinin səbəb olduğu qorxusunu püskürməyə başlayıb. Nəticədə münasibətlərdə ciddi gərginlik yaratdı.

Bir sözlə, Cənubi Qafqazda gərginlik var və buna səbəb olan tərəf İrandır. Gərginliyin bəhanəsi İsraildir, hədəf isə müharibədə qələbə qazanan Azərbaycandır. Mövqelər artıq müəyyənləşib.

Türkiyə Azərbaycanın yanında, Gürcüstan da yanımızdadır, proses belə davam etsə, Pakistan da bu düşərgəyə daxil ola bilər. İran Ermənistanı dəstəkləyir və Rusiyanın öz xeyrinə mövqe tutmasını istəyir”.
Teleqraf