İran bayrağı küləyin təsirindən Azərbaycan tərəfə düşdübackend

İran bayrağı küləyin təsirindən Azərbaycan tərəfə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güclü küləyin Azərbaycan ərazisinə düşürdüyü bayraq İrana qaytarılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən NOCOMMENT-ə verilən məlumata görə, fevral ayının 1-də DSX-nin Sərhəd Qoşunlarının “Lən­kəran” sərhəd dəstəsinin xidməti sahəsində İran İslam Respublikasının (İİR) dövlət bayrağının güclü küləyin təsirindən Azərbaycan ərazi­sinə düş­məsi sərhəd naryadı tərəfindən aşkarlan­ıb.

İİR dövlət bayrağı ərazidən götürülərək sərhəd bölməsinə gətirilib, Azərbaycanın və İranın sərhəd mühafizə qurumları arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olması ilə əlaqədar müqabil tərəf sərhəd nümayəndəliyi xətti ilə dərhal məlumat­lan­dırılıb.

Fevral ayının 2-də dövlət bayrağı qarşılıqlı hörmət şəraitində zəruri qaydalara riayət olunmaqla İran sərhədçilərinə təhvil verilib.