İran bombaları Hizbullaha Avropadan ötürülür – ŞOK İDDİAbackend

İran bombaları Hizbullaha Avropadan ötürülür – ŞOK İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hizbullah”ın İsrailə qarşı istifadə etdiyi İran bombaları Avropadan qaçaqmalçılıq yolu ilə keçirilir.

NOCOMMENT.az xəbər verir ki, “Teleqraf” qəzetinin məlumatına görə, İran hökuməti Livanda dəstəklədiyi “Hizbullah” qruplaşmasına silah ötürmək üçün Avropa ölkələrinin limanlarından istifadə edir.

Britaniyada çıxan qəzetin məlumatına görə, Hizbullah Belçika, İspaniya və İtaliya limanlarına yan alan gəmilərdən raket və bombaları alır. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İraqdan Suriyaya quru yolla göndərilən yükləri hədəfə aldığından, İran dəniz yolu ilə silah daşımağa başlayıb.

Qeyd olunub ki, İranın göndərdiyi silahlar son təyinatının gizlədilməsi üçün gəmilərlə Belçikanın Antverpen, İspaniyanın Valensiya və İtaliyanın Ravenna limanlarına yola düşməzdən öncə Suriyanın Latakiya limanına daşınır.