İran Dağıstanda baş verən terror aktını pisləyibbackend

İran Dağıstanda baş verən terror aktını pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər Nazirliyi Dağıstanda törədilən terror aktlarını pisləyib və Rusiya hökumətinə və xalqına başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.

Kənani vurğulayıb ki, İran istənilən növ terrora bəşəriyyət və beynəlxalq təhlükəsizliyə təhdid kimi baxır.

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub. Hadisə nəticəsində 15-dən çox polis əməkdaşı vəfat edib.