“İran əməkdaşlıq əvəzinə “əzələ nümayişi” ilə məşğul olur” – Politoloqbackend

“İran əməkdaşlıq əvəzinə “əzələ nümayişi” ilə məşğul olur” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“44 günlük müharibədə qələbə qazanaraq ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycan regionda yeni geostrateji reallıqlar yaradıb. Bu, eyni zamanda, yeni təhlükəsizlik və əməkdaşlıq mühitinin formalaşdırılması kontekstində çox mühüm əhəmiyyətə malikdir. Bu gerçəkliklər regionda bütün xalqlar və dövlətlər üçün mühüm dividendlər, yaxşı perspektivlər vəd edir. Amma bəzi region dövlətləri, o cümlədən İran regional təhlükəsizlik və işbirliyinə adekvat olmayan mövqe sərgiləyir. Bu, ilk növbədə, həmin aktorların öz milli-strateji maraqlarına ziddir”.

NOCOMMENT.az  xəbər verir ki, bu fikirləri politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, İranın siyasi manevrləri bu ölkənin bölgədə geosiyasi təcrid vəziyyətinin dərinləşməsini şərtləndirir:

“İrana qarşılıqlı faydalı, çoxşaxəli əməkdaşlıq hava və su kimi lazımdır. Amma biz fərqli prosesin şahidi oluruq. İran əməkdaşlıq və inteqrasiya yolunu seçmək əvəzinə, hərbi-diplomatik ritorika, passiv “əzələ nümayişi” ilə məşğul olur, gərginliyin artmasına rəvac verir”.

 

İranın sərhəd təliminə toxunan N.Qələndərli əlavə edib ki, bu təlimlərin hərbi-siyasi və diplomatik təsir imkanları yoxdur:

“Bu, sadəcə olaraq, regionda hərbi-strateji varlığı nümayiş etdirmək cəhdidir. Amma Tehran unudur ki, regionda mövcud və mühüm imkanlara malik olmaq üçün etimad mühiti yaratmaq, konstruktiv əməkdaşlıq vasitəsilə dividend qazanmaq gərəkdir”.

Bakupost