İran Ermənistana girməyə cəsarət edərsə… – Şok ssenaribackend

İran Ermənistana girməyə cəsarət edərsə… – Şok ssenari

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran ordusu Ermənistan ərazisinə girə bilər”. Bu “ideya” İran üçün arzu, Azərbaycan üçün problem, Rusiya üçün biabırçılıq, Türkiyə üçün nonsens, Ermənistan üçün isə milli faciədir.

NOCOMMENT.az bildirir ki, bu fikirləri Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Tehranın Ermənistan ərazisinə hərbi kontingent yeridilməsi ideyasına dair müxtəlif ekspert icmalarının fikirlərini şərh edərkən bildirib.

“Mən bu cür mülahizələri “Reqnum” informasiya agentliyinin “analitikləri”ndən eşitmişdim, lakin onların halüsinasiyalarını sözsüz ki, qəbul etmirəm. Buna görə də mən bu cür informasiya axınlarına istehza ilə yanaşıram”, – deyə müsahibimiz qeyd edib.

Onun sözlərinə görə, bu gün İranın, demək olar ki, bir dənə də müttəfiqi yoxdur. İran ordusu Zəngəzura girəcəyi təqdirdə onun tərəfində müxtəlif ölkələrə yerləşdirdiyi hərbiləşdirilmiş qruplaşmaları belə dura bilməyəcək. Çünki onların özləri elə İran tərəfindən maliyyələşdirilir və silahlandırılır, buna görə də ciddi qarşıdurma baş versə, bu qruplaşmalar İrana dəstək yox, yük olacaq.

“İran qoşunlarının bu regiona yeridilməsi tarixdə ilk dəfə olaraq ABŞ və NATO ölkələrinin Rusiya ilə birgə koalisiya təşkil edərək Tehrana qarşı çıxmasına səbəb olacaq. Buraya İsrail, Türkiyə və əlbəttə ki, Azərbaycan da daxil olacaq. Sözsüz ki, Çin narazı olacaq, amma Ermənistanın maraqlarına görə Pekin çətin ki, İranın tərəfində döyüşə girsin.

Artıq bir faktı hamı qəbul etməlidir: Zəngəzur nəqliyyat dəhlizinin arxasında Putinin imzası dayanır və Kreml heç kimə buna qəsd etməyə imkan verməyəcək”, – deyə həmsöhbətimiz qeyd edib.