İran Ermənistanda yeni yol inşa edəcəkbackend

İran Ermənistanda yeni yol inşa edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni tranzit yolunu başa çatdırmaqla Azərbaycan İranın Avropaya tranzit yolundan kənarlaşdırılacaq”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu İranın Tikinti və İnkişaf Şirkətinin baş direktoru Xeyrullah Xademi bildirib.

İrandan bu ölkəyə birbaşa tranzit yolu olaraq Ermənistanda Tatev yolunun tikməsinin əhəmiyyətinə toxunan Xademi qeyd edib: “Bu marşrutun inşasında ən vacib məqsəd ağır nəqliyyat vasitələrinin hərəkətində yaranan problemlər aradan qaldırmaq, Şimal-Cənub Nəqliyyat Dəhlizində alternativ bir marşrutun inşası və iki ölkə arasındakı tranzit yolunda üçüncü ölkənin ərazisinə müdaxilə etməmədir”.

Xeyrullah Xademi vurğulayıb ki, 15 km-dən də qısa olacaq marşrut Azərbaycan ərazisinə keçməyə ehtiyac olmadan asanlıqla Ermənistana uzana və oradan Avropaya və ya əks istiqamətdə Çinə çıxış ola bilər: “Layihənin icrası tamamlandıqda Şimal-Cənub Nəqliyyat Dəhlizində İran üçün nəqliyyat trafiki asanlaşacaq və yeni yol iqtisadi əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli rola malik olacaq”.