İran Ermənistanı savaşa hazırlayır? – RƏYLƏRbackend

İran Ermənistanı savaşa hazırlayır? – RƏYLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər İran və Ermənistan arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi barədə məlumatlar yayılır.
 
Qeyd olunur ki, İrəvan öz hərbi sənaye kompleksini İranın vasitəsilə bərpa etməyə çalışır.
 
Bu halda isə sual yaranır: İran Ermənistanı müharibəyə hazırlayır?
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost -a Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli açıqlamasında bildirib ki, İranın Ermənistana hərbi təyinatlı məhsulların verməsinə dair məlumatlar var:
“Hələ 1990-cı ilin ortalarında da bununla bağlı çoxlu informasiyalar var idi. Bu baxımdan İranın bir müsəlman ölkəsi olaraq, keçmiş milli mədəni bağlılığımızın olmasına görə İranın Ermənistana bu cür dəstək verməsi bizi narahat edir. Lakin burada digər məqam ondan ibarətdir ki, İranın ordusu güclüdür, müəyyən maddi-texniki bazası da var. Amma İranın Müdafiə Sənayesi Kompleksi Ermənistanı Azərbaycan qarşısında gücləndirə biləcək səviyyədə deyil. Yəni Ermənistan İranın Müdafiə Sənayesinə ümidli olub, heç bir halda regionda, yaxud Azərbaycan qarşısında üstünlük qazana bilməz.
Lakin indiki vəziyyətdə Ermənistan İranla hərbi–texniki sahədə əməkdaşlıq edərək müəyyən üstünlük qazanmaq istəyirsə, bu artıq Ermənistanın özünün zəifliyinin, çıxılmaz vəziyyətdə qalmasının əlamətidir. Hesab edirəm ki, belə bir proses mövcuddursa, bu, Azərbaycana qarşı İran tərəfindən edilən xəyanətdir. Eyni zamanda, regionda sülhün və əmin-amanlığın bərpasına, Azərbaycanın atdığı konkret addımlara qarşı həyata keçirilən mənfi addımdır. Əgər belə faktlar varsa, məsələlər açıq şəkildə beynəlxalq müstəvidə müzakirə olunmalıdır. İranın Ermənistana Hərbi Sənaye sahəsində dəstək verməsi qınanmalıdır və bunun qarşısı alınmalıdır”.
Politoloq Məhəmməd Əsədullazadə isə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini İran özünün qırmızı xətti hesab edirmiş:
“İranın məhz hərbi təlimlər keçirməsi, destruktiv siyasəti İranın Azərbaycana qarşı mənfi siyasətinin bariz nümunəsi kimi sübut olunub. Təbii ki, İran Azərbaycan əlaqələrində müəyyən bir sakitləşmə olsa da, biz Ermənistanla İran münasibətlərinin inkişafını da görürük. İran 1-ci və 2-ci Qarabağ müharibəsində daim Ermənistanı dəstəkləyib. Bundan sonra da İranın Ermənistana dəstək verəcəyini də biz mümkün ssenarilərdə gözləyirik. Artıq bəlli olur ki, İran Ermənistan ordusunun yenidən qurulmasında bu ölkəyə köməklik göstərir. Təbii ki, İranın Ermənistana hərbi dəstəyi Azərbaycana qarşı təzyiq siyasətidir. İran Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinin davam etməsində maraqlıdır. Ona görə də Ermənistan ordusunu hazırlayır. Düşünmürəm ki, Ermənistan ordusu hazırlansın və Azərbaycana qarşı növbəti müharibəyə başlasın. Bu Ermənistanın gücü üçün deyil. Amma İranın bu siyasəti isə regionda sülhü və təhlükəsizliyi təhdid edir. Hesab edirəm ki, rəsmi Bakı İrana öz iradını bildirməlidir. Çünki Ermənistanın hərbiləşdirilməsi nəyə hesablanır? İran niyə burada maraqlıdır? İranın bu məkirli siyasətinin qarşısı alınmalı və Azərbaycan İrana öz etirazını bildirməldir”.