İran etiraf etdi: Ermənistana gedən 670 KamAZ… – VİDEObackend

İran etiraf etdi: Ermənistana gedən 670 KamAZ… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gündür İrandan Ermənistana hərbi təyinatlı yüklərin daşındığı barədə yayılan foto, video və xəbərlərlə bağlı Şərqi Azərbaycan qubernatorunun müavini Əliyar Rastgu açıqlama verib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, İran kanalına müsahibəsində Ə.Rastgu yüklərin silah-sursat deyil, nəqliyyat vasitələri olduğunu bildirib. “Bu, KamAZ markalı yük maşınları İrandan tranzit olunur və “Norduz” sərhəd-keçid məntəqəsindən Ermənistana keçməli idi. Ancaq biz yanlış anlaşılmaması üçün hazırda bu nəqliyyat vasitələrinin Ermənistana keçidini artıq dayandırmışıq”.

O öz növbəsində İran tərəfinin Ermənistana hərbi yardım daşıdığını təkzib edib.

Qeyd edək ki, süjetdə bu nəqliyyat vasitələrinin ümumilikdə 670 ədəd olduğu bildirilir. Onlardan indiyə – yəni tranzit prosesi dayandırılana qədər neçəsinin Ermənistan ərazisinə buraxıldığı açıqlanmayıb.

İran kanalının təqdim etdiyi videoda KamAZ-ların mülki yük maşınları deyil, hərbi təyinatlı nəqliyyat vasitələri olduğu açıq-aydın görünür. Bəzilərinin üstü açılsa da, əksəri çadır altındadır və onların yük yerində hər hansı əlavə yük olub-olmadığı da bilinmir.

Videonu təqdim edirik:


<