İran hakimiyyəti İsrail Azadlıq Ordusunun zərbəsindən sonra Tehran şəhərinin şimalında elektrik enerjisinin kəsilməsini təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə elektrik enerjisinin təminatı ilə məşğul olan dövlət şirkəti Tavanir məlumat yayıb.
“Təhlükəli partlayış dalğası səbəbindən, sionist rejimin Tehranın şimal rayonlarına hücumu nəticəsində, şimal hissəyə elektrik verən əsas xətlərdən biri zədələnib,” — Tavanirin məlumatında belə deyilir.