İran hələ də İsrailə cavab verməyi planlaşdırırbackend

İran hələ də İsrailə cavab verməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İslam Respublikasının zərbə endirmək əzminə şübhə etməməlidir.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Əli Abdullahi deyib.

“Sionist rejim (İsraili nəzərdə tutur – red.) İranın bu vəhşiliyə cavab verməyəcəyinə ümid etməməlidir. Çünki İslam Respublikası düşmənin öz quru və ərazi sularına müdaxiləsinə cavab olaraq bütün mövcud imkanlardan istifadə etməyə hazır olduğunu artıq sübut edib”, – deyə general bildirib.

O qeyd edib ki, “cavab zərbəsinin vaxtını İranın ali dini lideri Ayətullah Əli Xamenei və ölkənin ali komandanlığı müəyyən edəcək”.