İran Hələbdə müharibəyə hazırlaşır?backend

İran Hələbdə müharibəyə hazırlaşır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyalı müxalifət komandirlərindən olan polkovnik Hamud “Rusiya 400 əsgərini Hələb oxundan geri çəkdi. İran bölgəyə şiə milisləri göndərib. “Şərtlər yerinə yetirilərsə, Hələbə daxil olacağıq” deyib.

NOCOMMENT xəbər verir ki, İran administrasiyası Suriyanın Dəməşq, Homs, Deyr əz-Zor və Kuneytra şəhərlərində yerləşdirilən şiə silahlılarını Hələbə istiqamətləndirib. Suriya müxalifətinin komandirlərindən olan polkovnik Yusuf Hamud İran prezidenti İbrahim Rəisinin Hələbə səfəri ilə bölgədə ciddi fəaliyyətin başladığını və İranın açıq şəkildə müharibəyə hazırlaşdığını bildirib.

Müharibədən əvvəl 6 milyonluq əhalisi olan Yaxın Şərqin ən böyük istehsal mərkəzi olan Hələbin normallaşmasının qaçqınların geri qayıtması və Suriyanın sabitliyi üçün həyati əhəmiyyət daşıdığını ifadə edən Hamud, “Türkiyə səylərini artırdı. Hələbdə hələ 500 min insan belə qalmayıb. Türkiyə tərəfi bilir ki, əldə olunacaq sabitliklə ən azı iki milyon yarım insan Hələbə qayıdacaq.