İran prezidentinin göstərişi ilə Prezident Administrasiyası ölkədə etirazlar zamanı həlak olanların adlarının yer aldığı ilkin siyahını dərc edib.
NOCOMMENT.az xəbər verir ki, siyahıya 2985 nəfərin məlumatları daxil edilib.
Rəsmi açıqlamada qeyd olunur ki, etirazlar zamanı ölənlərin ümumi sayı 3117 nəfərdir.
Qeyd olunub ki, prezident özünü həlak olanların və onların ailələrinin hüquqlarının müdafiəçisi hesab edir.
“Hər bir iranlı bizim üçün elə İranın özüdür,” – deyə açıqlamada vurğulanıb.
Dərc olunan siyahıda həlak olan şəxslərin soyadı, adı, atasının adı və milli identifikasiya kodunun son altı rəqəmi yer alır.
Siyahı məhkəmə-tibbi ekspertiza orqanlarının məlumatları əsasında hazırlanıb və mülki vəziyyət aktlarının qeydiyyatı sisteminə uyğunlaşdırılıb. /APA /













