İran hökuməti təcili fövqəladə iclas keçirib.
NOCOMMENT.az xəbər verir ki, İran Nazirlər Kabinetinin fövqəladə iclasına vitse-prezident Məhəmməd Moxber sədrlik edib.
İran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib. Prezident vəzifəsinin icrası Vitse-prezident Məhəmməd Muxbara həvalə olunub.
İran mətbuatının məlumatına görə, Muxbar növbəti iki ay ərzində bu vəzifəyə keçəcək. Ölkə konstitusiyasına uyğun olaraq 50 gün ərzində yeni prezident seçkisi keçiriləcək.