İran hücum edən ölkənin adını rəsmən açıqladıbackend

İran hücum edən ölkənin adını rəsmən açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Müdafiə Nazirliyinin İsfahandakı obyektlərinə hücumla bağlı araşdırmanın ilkin nəticələri göstərdi ki, hücuma görə məsuliyyəti İsrail daşıyır.

NOCOMMENT Globalinfo-ya istinadən xəbər verir ki, bunu İranın BMT-dəki Daimi Nümayəndəliyinin rəsmi nümayəndəsi Amid Səid İrəvani deyib.

“İlkin araşdırmaların nəticələri göstərir ki, sionist rejim İsfahandakı terror hücumunun arxasında dayanır. Bu rejimin fəaliyyəti beynəlxalq hüququ pozur”, – o bildirib.

Qeyd edək ki, bununla da İran yanvarın 29-dan bu yana ilk dəfə ölkəyə kütləvi dron hücumuna görə məsuliyyəti hansı dövlətin daşıdığını açıqlayıb. Bundan öncə İran hakimiyyətinə yaxın media da oxşar bəyanatla çıxış edərək, İsrailin dron hücumunun təşkili üçün kürd qruplaşmalarından istifadə etdiyini yazmışdı. İddiaya görə, dronların hissələri əvvəlcə ölkəyə qanunsuz şəkildə keçirilib, burada toplandıqdan sonra hücumlar həyata keçirilib.