İran ilə Rusiya arasında neft və təbii qaz sahəsində əməkdaşlıqbackend

İran ilə Rusiya arasında neft və təbii qaz sahəsində əməkdaşlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ilə İran neft və qazın mübadiləsi imkanlarını müzakirə etməkdə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Məsələ aktualdır və gündəmdədir. Bildiyimiz kimi, “Qazprom” ilə İranın Neft və Qaz Şirkəti arasında imzalanmış memorandum var”, – deyə Novak bildirib.

Bundan əvvəl Rusiya Energetika Nazirliyinin rəhbəri Nikolay Şulqinov Rusiya qazına olan tələbatı qiymətləndirib. Onun sözlərinə görə, yanacağın satışında problem gözlənilmir. Nazir onu da qeyd edib ki, Moskva Avropaya qaz verməkdən imtina etmir.