İran İnqilab Keşikçiləri Korpusunun qərargahında PARTLAYIŞbackend

İran İnqilab Keşikçiləri Korpusunun qərargahında PARTLAYIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Simnan vilayətində İnqilab Keşikçiləri Ordusuna məxsus hərbi obyektdə partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, İranın yarı rəsmi xəbər agentliyi “Tesnim” məlumat yayıb.

Məlumata görə Simnan əyalətinin Damqan şəhərində İnqilab Keşikçiləri Ordusunun hazırlıq və dəstək mərkəzlərindən birində sursat daşıyarkən qəza nəticəsində partlayış baş verib.

Xəbərdə partlayışa səbəb olan qəzanın araşdırıldığı və hadisə ilə bağlı ətraflı məlumatın daha sonra veriləcəyi bildirilib.

NOCOMMENT.AZ