İran inqilabın BİR ADDIMLIĞINDA – Amerika bunu etsə…backend

İran inqilabın BİR ADDIMLIĞINDA – Amerika bunu etsə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda iğtişaşlar davam etdikcə xarici dövlətlərin bu ölkədə maraqları da açıq ifadə olunmağa başlanıb. Xüsusilə ABŞ-nin mövqeyi son günlər daha aqressiv xarakter alıb.

Ağ Ev rəhbəri Donald Trampın “ABŞ İrana zərbə endirməyə hazırdır – ABŞ ordusu tam hazırlıq vəziyyətindədir“ bəyanatları bölgədə gərginliyi daha da artırır.

Zeynal Fətulla

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, nəzərə almalıyıq ki, İran şahının oğlu Rza Pəhləvi ABŞ-də yaşayır və İranda rejim dəyişərsə, ABŞ-nin dəstəyi ilə onun İrana qayıtmaq ehtimalı böyükdür:

“Bu amil Vaşinqtonun İranla bağlı uzunmüddətli planlarının mövcudluğunu göstərir. Tramp artıq bu proses üçün bəhanə də ortaya qoyub və bildirib ki, “Əgər İran atəş açıb dinc etirazçıları vəhşicəsinə öldürərsə, təəssüf ki, bu onların adi işidir – Amerika Birləşmiş Ştatları onların köməyinə gələcək. Biz tam hazırlıq vəziyyətindəyik və hərəkətə keçməyə hazırıq””.

Şərhçinin sözlərinə görə, İranda əsl qırğın baş verir:

Yerli valyutanın dəyərdən düşməsi, kəskin inflyasiya və ərzaq qiymətlərinin 60–70 faiz artması səbəbindən milyonlarla etirazçı küçələrə axışıb. Sosial-iqtisadi böhran artıq idarəolunmaz mərhələyə keçib. Bir neçə əyalətdə nümayişçilər və hökumət qüvvələri arasında şiddətli toqquşmalar baş verib.

İstənilən kənar müdaxilə İran rejiminin xeyrinə işləyə bilər. Çünki xarici təhdid daxili narazılığı arxa plana keçirir.

Heç şübhəsiz, bizim üçün önəmli olan İranda yaşayan soydaşlarımızın taleyidir. Xəritədə etirazların baş verdiyi şəhərlər göstərilir, əgər doğrudursa, Cənubi Azərbaycan şəhərlərində nisbətən sakitlikdir”.