İran İrəvan və Bakı ilə yaxşı münasibətlərə sahibdirbackend

İran İrəvan və Bakı ilə yaxşı münasibətlərə sahibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İrəvan və Bakı ilə yaxşı münasibətlərə sahibdir”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

“Ermənistanın XİN rəhbərinin Tehrana səfəri ikitərəfli münasibətlərin inkişafı məqsədilə əvvəlcədən planlaşdırılıb”, -deyə Səid Xətibzadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İrana səfərini şərh edərkən bildirib.

Xətibzadə həmçinin qeyd edib ki, Ararat Mirzoyan ilə İrəvanla siyasi, iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

“Azərbaycan və Ermənistan ilə yaxşı əlaqələrimiz var. İranın hər hansı ölkə ilə əlaqələri digər ölkənin maraqlarına təhlükə doğurmur”, – deyə S.Xətibzadə vurğulayıb.