NOCOMMENT.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş rəhbəri Möhsün Rezai deyib ki, İsrail yaxın günlərdə bir neçə cəbhədə müharibə ilə üzləşəcək. Bu barədə Al Arabiya telekanalı məlumat yayıb.
“Yaxın günlərdə Qəzza zolağında münaqişənin bir neçə cəbhədə genişlənəcəyini görəcəyik”, – Rezai bildirib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin ABŞ prezidenti Co Baydenin Suriyanın şərqində İran İslam İnqilabı Keşikçiləri Korpusuna və İranyönlü qruplara qarşı hava hücumları əmri verdiyini bildirib.
Onun sözlərinə görə, hücum İraq və Suriyada Amerika hərbçilərinə qarşı davam edən hücumlara cavab olub.