İran İsrail və ABŞ-ı beynəlxalq hüququn pozulmasına görə tam məsuliyyət daşımağa çağırıbbackend

İran İsrail və ABŞ-ı beynəlxalq hüququn pozulmasına görə tam məsuliyyət daşımağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İsrailin hərbi əməliyyatlarına qəti və mütənasib şəkildə cavab verəcəyini bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçinin BMT-nin baş katibi Antoniu Quterreşə və Təhlükəsizlik Şurasına ünvanladığı məktubda qeyd olunub. 

“İsrail rejimi və onun himayədarı – yəni Amerika Birləşmiş Ştatları – beynəlxalq hüququn bu açıq-aşkar pozuntularına və onların ciddi nəticələrinə görə tam məsuliyyət daşımalıdır. İran, BMT Nizamnaməsinin 51-ci maddəsi ilə təsbit olunmuş özünümüdafiə hüququnu özündə saxlayır,” — deyə sənəddə vurğulanır.