İran İsrailə hücum etməklə göstərdiki… – AÇIQLAMAbackend

İran İsrailə hücum etməklə göstərdiki… – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran İsrailə hücum etməklə Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyib”.

NOCOMMENT.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian belə deyib. Bildirib ki, məqsəd İsrail hökumətinə aydın siqnal göndərmək və onlara bildirmək idi ki, bizim cavab vermək üçün imkanlarımız var.

Biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik. Diplomat vurğulayıb ki, hücumu məhdud xarakter daşıyıb və minimum çərçivədən kənara çıxmayıb. İranın cavab tədbirləri başa çatıb, indi İsraili vəziyyəti gərginləşdirməkdən çəkindirmək üçün addımlar atılmalıdır. Əks halda cavab vermək hüququndan istifadə ediləcək.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki konsulluğuna edilən hücuma cavabdır.