İran İsrailə hücum üçün bəhanə axtarır – Ştaynitsbackend

İran İsrailə hücum üçün bəhanə axtarır – Ştaynits

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin İsrailin ABŞ-a qarşı provokasiya hazırlaması haqqında sözləri tam sərsəmləmədir.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin Energetika naziri Yuval Ştaynits deyib.

“Əvvəla Tehran təhlükəsizlik, iqtisadiyyat sferasında məhdud şərtlər çərçivəsindədir. Biz Zərifin sərsəmləməsini eşidirik. Bu, tam sərsəmləmədir. Bu, xəbərdarlıq işarəsidir və İran bəhanə axtarır ki, İsrailə zərbə endirsin. İsrail əlini nəbzində tutmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif İranın əlində ABŞ mövqelərinə İsrail agentləri tərəfindən hücum ediləcəyinə dair kəşfiyyat məlumatlarının olduğunu demişdi. O, bu hücumun müharibənin başlanğıcı üçün bəhanə olacağını bildirmişdi.
Axar.az