İran İsrailə hücumunu təxirə salacaqbackend

İran İsrailə hücumunu təxirə salacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq İsrailə hücumunu təxirə sala bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, Tehran zərbəni təxirə salmaqla Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün vasitəçilərə vaxt vermək istəyir.

Cümə axşamı və cümə günləri Qətərin paytaxtı Dohada ABŞ, İsrail, Misir və Qətərin iştirakı ilə danışıqlar aparılıb. Daha sonra Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani İran Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb və Tehranı gərginlikdən çəkinməyə çağırıb.

Cümə günü İsrail kəşfiyyatı İran və Livanın “Hizbullah”ın raket qüvvələrinin hazırlığını azaltdığını aşkar edib.

Cümə günü Əl Tani və İranın xarici işlər naziri vəzifəsini icra edən Baqeri Kani yenidən telefonla danışaraq “bölgədə sakitliyin və gərginliyin azaldılmasının” zəruriliyini bildiriblər.