İran İsrailə zərbə endirməyə hazırlaşırbackend

İran İsrailə zərbə endirməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran yaxın günlərdə İsrail ərazisinə zərbələr endirə bilər.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb ki, ölkə kəşfiyyatı da bu məlumatı təsdiqləyir:

“İranın cavabı, çox güman ki, aprelin 10-na – Ramazan ayı bitənə qədər olacaq. Bu zaman kəsiyində İranın “Şahid” pilotsuz uçuş aparatları ilə İsrail ərazisinə hücum etməsi mümkündür” – deyə məlumatda qeyd olunub.

İran Xarici İşlər Nazirliyi bu iddiaları təkzib etsə də, İsrailin İranın mümkün cavab tədbiri ərəfəsində bölgədəki bir neçə diplomatik obyektini boşaltdığı bildirilir. Hesabatda,qeyd olunub ki, İran ali rəhbərinin ofisinə yaxın mənbələr Tehranın İsraillə birbaşa toqquşmadan çəkindiklərini bildiriblər.

Xatırladaq ki, aprelin 1-də İsrail İranın Dəməşqdəki səfirliyi yaxınlığına zərbələr endirib. Hadisə nəticəsində 13 nəfər ölüb. Bundan sonra Tehranla Təl-Əviv arasında münasibətlər gərginləşib.