İran İsrailin bu tarixdə məhvi ilə bağlı qanun qəbul edir… – Şokbackend

İran İsrailin bu tarixdə məhvi ilə bağlı qanun qəbul edir… – Şok

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinə İsrailin 2041-ci ilə qədər məhv edilməsi barədə qanun layihəsi təqdim edilib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Miqnyus.com” (Mignews.com) saytı yayıb. Sənədə əsasən, İran hökuməti Qəzzanın blokadasını yarmalı, qanun layihəsi qəbul edildikdən ən geci altı ay sonra buraya ilk mallarını göndərməlidir.

Bununla bərabər, qanun layihəsində İran Xarici İşlər Nazirliyinin Çin, Rusiya, Venesuela, İraq və Suriya ilə təcili olaraq iqtisadi tərəfdaşlıq barədə razılaşma hazırlaması da əks edilib. Razılaşmalar 2022-ci ilə qədər parlamentə təqdim edilməlidir.

Qanun layihəsində, həmçinin, ABŞ-ın İrandan nüvə razılaşmasından çıxdığı üçün üzr istəməli olduğu və Qasım Süleymaninin ölümünü qınaması gərəkdiyi qeyd edilib. Bu edilməyənə qədər isə hökumətə ABŞ-la ikitərəfli və çoxtərəfli danışıqlar aparılması qadağan olunub.