İran BMT Təhlükəsizlik Şurasını İsrailin Livan ərazisinə hücumları ilə əlaqədar təcili iclas keçirməyə çağırıb.
NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə respublikanın daimi nümayəndəliyinə istinadən məlumat yayıb.
Bəyanatda deyilir: “İran İslam Respublikası bu qorxaq təcavüz aktlarını ən sərt şəkildə pisləyir.
İranın Daimi Nümayəndəliyi İsrailin hərəkətlərinin regional və beynəlxalq sülh və təhlükəsizlik üçün nəticələrini xatırladıb və BMT Təhlükəsizlik Şurasını onun hərəkətlərini qəti şəkildə pisləməyə çağırıb.