İran İsraillə silahlı qarşıdurmanın yenidən başlanmasını istisna etmir və Yaxın Şərqdə istənilən hadisə inkişafına hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi Asharq Al Awsat qəzetinə müsahibəsində bildirib.
Nazir İsraillə toqquşmanın yenidən başlaya biləcəyi ilə bağlı suala cavabında deyib ki, “hər şey mümkündür”, İran isə hər şeyə hazırdır.
Onun sözlərinə görə, 12 günlük müharibə zamanı İsrail və ABŞ hədəflərinə çata bilməyib, İran isə “qəhrəmancasına müqavimət göstərib və eyni zamanda təcavüzə cavab verib”.