İran istənilən təcavüzkarı etdiklərinə görə peşman edəcəkbackend

İran istənilən təcavüzkarı etdiklərinə görə peşman edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran istənilən təcavüzkara elə bir cavab verə bilər ki, etdiyi əməldən peşman olsun.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində deyib.

“Tarix göstərir ki, biz heç vaxt müharibələrə başlamamışıq və İran-İraq müharibəsi belə siyasətin bariz nümunəsi olub. Buna baxmayaraq, biz təcavüz aktına elə cavab verə bilərik ki, istənilən təcavüzkar etdiyi əmələ görə peşman olsun”, – deyə müşavir vurğulayıb.

FT-nin məlumatına görə, İran hökuməti qonşu dövlətlərlə əlaqələrin gücləndirilməsinə üstünlük verərkən, eyni zamanda Avropa ölkələri ilə gərgin əlaqələri bərpa etməyə çalışır və ABŞ-la nüvə qarşıdurması ilə bağlı müzakirələrin bərpasına hazırdır.

Bundan əvvəl Əli Əkbər Vilayəti həmçinin bəyan etmişdi ki, Tehranın suverenliyinə hörmət etmək şərti ilə İran Qərb ölkələri ilə əməkdaşlığa açıqdır.