İran komandiri etirazlarda ölənlərin sayını açıqladıbackend

İran komandiri etirazlarda ölənlərin sayını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən biri 22 yaşlı Məhsa Əmininin ölümündən sonra ölkə daxilində baş verən etirazlarda həlak olan insanların sayını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun komandirlərindən briqada generalı Əmir Əli Hacızadə təhlükəsizlik qüvvələri də daxil olmaqla, indiyə qədər 300-dən çox adamın həyatını itirdiyini açıqladı.

Nümayişlərin rejim əleyhdarları tərəfindən təşkil edildiyini, lakin nümayişlərdə iştirak edən hər kəsi günahlandırmaq lazım olmadığını bildirən Hacızadə, “İğtişaşlara aldananlar əksinqilabçı deyillər, onlar bizim övladlarımız və xalqımızın bir parçasıdır. .” deyə qeyd edib.

Ölkədə gənclərin “düşməni tanımadığını” deyən Hacızadə universitetlərdə bu mövzuda mühazirələr oxunmalı olduğunu bildirib.

“Bu iki ayda düşməni tanıtdıra bilmədiyimiz üçün 300-dən çox insan öldürüldü və ya şəhid oldu”

Jalə Bədirova

NOCOMMENT.az