İran körfəzdə yeraltı raket bazasını istifadəyə veribbackend

İran körfəzdə yeraltı raket bazasını istifadəyə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İnqilab Keşikçiləri Qvardiyası körfəz sahilindəki yeraltı strateji raket bazasının fotosunu yayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bazanın fotosu Qvardiyaya məxsus “Sepah News” saytı paylaşıb.

Bu hərbi birləşmənin komandanı, general-mayor Hüseyn Salami bazanın açılış mərasimində deyib: “Məqsədimiz ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini, islam inqilabının nailiyyətlərini müdafiə etməkdir”.

Qeyd edək ki, ABŞ İran İnqilab Keşikçiləri Qvardiyasının terrorçu təşkilatlar siyahısına daxil edib.