İran kürdləri Naxçıvanla sərhədə köçürürbackend

İran kürdləri Naxçıvanla sərhədə köçürür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Kürdistan adlanan ərazisinə, Naxçıvanla sərhədə kürdlərin köçürülməsi prosesi intensiv şəkildə davam edir.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində “İran yeni baxış bucağında” mövzusunda keçirilən ekspert müzakirəsində deyib.

Onun sözlərinə görə, İran PKK yaranandan bəri bu terror təşkilatı ilə əlaqədə olub: “İranın daxilindəki dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün Qərbi Azərbaycanda türk zolağı yaranmaqdadır”.

“Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq”, – deyə Əhməd Obalı qeyd edib.