ABŞ xaricdən İrana hücum edə bilməyəcək, lakin ölkə daxilində üsyana səbəb olmağa çalışsalar sərt cavab alacaqlar.
NOCOMMENT.az IRIB telekanalına istinadən xəbər verir ki, bunu İslam Respublikasının ali dini lideri Əli Xamenei deyib.
“Onlar pis iş görəcəkləri ilə hədələyirlər, lakin biz hesab etmirik ki, kənardan pislik edəcəkləri də mümkün deyil. Amma bunu etsələr də, cavabımız sərt olacaq”, – deyə dövlət başçısı qeyd edib.
Bundan əlavə, Xamenei vurğulayıb ki, İran xalqı ABŞ-ın bu cür hərəkətlərini qəbul etməyəcək və xarici çağırışa vahid cavab verəcək.
Martın 31-də “The Times of Israel” qəzeti ABŞ-ın eskalasiyası halında İranın hər yerindən buraxılacaq raketlərin gözləmə rejimində olduğunu yazıb. Nəşrin qeyd etdiyi kimi, buraxılmağa hazır olan xeyli sayda raket hava hücumlarına tab gətirə bilən yeraltı strukturlarda yerləşdirilib.