İran Maduronu qorumağa SÖZ VERMİŞDİ – amma heç kimin RUHU BELƏ DUYMADIbackend

İran Maduronu qorumağa SÖZ VERMİŞDİ – amma heç kimin RUHU BELƏ DUYMADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə İran rəsmiləri Venesuela prezidenti Nikolas Maduroya açıq mesaj vermişdi: ABŞ hərbi müdaxiləyə əl atarsa, Tehran Karakası tək qoymayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu bəyanat o dövrdə Qərb mediasında ciddi rezonans doğurmuş, “anti-Amerika bloku”nun genişləndiyi kimi təqdim edilmişdi. Lakin illər sonra baş verənlər bu cür siyasi vədlərin real böhran anında nə qədər təsirsiz olduğunu açıq şəkildə göstərdi.

Maduronun ABŞ tərəfindən saxlanılaraq həyat yoldaşı ilə birlikdə ölkədən çıxarılması zamanı nə İranın hərbi, nə siyasi, nə də diplomatik səviyyədə hər hansı reaksiyası müşahidə olundu. Daha diqqətçəkən məqam isə odur ki, hadisə o qədər sürətli və qapalı şəkildə həyata keçirilib ki, deyilənə görə, nə İran tərəfinin, nə də Maduronun özünün baş verəcək əməliyyatdan əvvəlcədən xəbəri olmayıb. Bu fakt “strateji müttəfiqlik”, “qarşılıqlı təhlükəsizlik zəmanəti” kimi ifadələrin böhran anında nə qədər boş səsləndiyini göstərir.

Beynəlxalq siyasətdə bu cür bəyanatlar çox vaxt real güc balansını dəyişməkdən daha çox psixoloji və təbliğat xarakteri daşıyır. 2022-ci ildə İranın verdiyi zəmanət ABŞ-a qarşı çəkindirici faktor kimi təqdim edilirdi. Amma praktika göstərdi ki, Vaşinqton öz maraqları naminə hərəkət edərkən bu cür bəyanatları nə real maneə, nə də ciddi risk kimi qəbul edir. Əməliyyat faktiki olaraq səssiz, sürətli və cavabsız baş tutdu.

Bu hadisə həm də kiçik və orta dövlətlər üçün ciddi dərsdir. Böyük geosiyasi qarşıdurmalarda verilən “biz səninləyik” tipli sözlər çox vaxt real müdafiə mexanizmi demək deyil.

Kağız üzərində olan müttəfiqliklər, kameralar qarşısında səslənən sərt bəyanatlar real güc tətbiqi ilə üz-üzə qalanda əriyib yox olur.\\Musavat.com