İran: Məcburi hicab qanununu pozanlar cəzalandırılacaqbackend

İran: Məcburi hicab qanununu pozanlar cəzalandırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei məcburi hicab qaydasını pozanların cəzalandırılacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, İsfahan vilayətində keçirilən toplantıda çıxış edən Ejei ölkədəki bəzi qadınları məcburi hicab qaydasını pozduqlarına görə tənqid edib.

Hicab qaydasını pozmağın “ölkəyə düşmənçiliklə bərabər” olduğunu müdafiə edən Ejei “Bu günahkarların müəyyən edilərək saxlanılması halında məhkəmə sistemi məsələ ilə xüsusi bir şəkildə məşğul olacaq” deyə açıqlama verib.

Ejei, bu məsələdə kimliyindən asılı olmayaraq, heç bir güzəşt göstərmədən mühakimə olunacağını və qətiyyətlə cəzalandırılacağını bildirib.

İran Daxili İşlər Nazirliyi Nazirlik, ədliyyə və digər aidiyyəti qurumların qanuna zidd hərəkət edənlərlə məşğul olacağını, qanun pozuntularına yol verməyəcəyini bildirib.

NOCOMMENT.AZ