İran nüvə doktrinası ilə bağlı bəyanat veribbackend

İran nüvə doktrinası ilə bağlı bəyanat verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin İslam Respublikasının hərbi infrastrukturuna son zərbəsi fonunda İran nüvə doktrinasını dəyişməyəcək və nüvə silahı istehsal etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

“Kütləvi qırğın silahları ilə bağlı mövqeyimiz çox aydındır və dəyişməz olaraq qalır: ölkəmizin ali dini-siyasi hakimiyyətinin fitvasına və sağlam düşüncəyə əsaslanaraq, biz nüvə proqramımızı hərbi istiqamətə keçirmək niyyətində deyilik”, – deyə Baqai bildirib.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. Ölkənin müdafiə ordusu İran müəssisələrinə, o cümlədən raket istehsalı obyektlərinə və hava hücumundan müdafiə sistemlərinə hücumlar elan edib.