İran nüvə öhdəliklərini yerinə yetirmir – ABŞbackend

İran nüvə öhdəliklərini yerinə yetirmir – ABŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa, Almaniya, Böyük Britaniya və ABŞ hökumətləri, İranın Fordo bölgəsindəki uran zənginləşdirmə obyektində elan edilməmiş dəyişikliklə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatının İranın nüvə öhdəlikləri ilə “uyğun olmadığını” bəyan ediblər.

NOCOMMENT.az xəbər verir ki, dörd ölkənin birgə bəyanatında, MAQATE hesabatında olduğu kimi, Fordo bölgəsindəki obyektdə “elan edilməmiş dəyişikliyin” İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən irəli gələn öhdəlikləri ilə “uyğun olmadığı” bildirilib.

Açıqlamada İranın Fordo bölgəsindəki uran zənginləşdirilmə müəssisəsində yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalının nüvə silahlanma riski daşıdığı bildirilərək İranın hesabatın doğru olmadığına dair iddialarının “qeyri-kafi” olduğu vurğulanıb.

NOCOMMENT.AZ