İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə Misirdə bağlanmış sazişin icrasını təxirə salıb.
NOCOMMENT.az bildirir ki, RİA Novosti agentliyinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib ki, Tehran bununla da agentliklə əməkdaşlığı dayandırıb.
“Hazırda Qahirə razılaşması dayandırılıb və biz nüvə proqramı məsələləri üzrə MAQATE ilə əməkdaşlığı dayandırmışıq”, – o qeyd edib.
Əraqçi onu da vurğulayıb ki, MAQATE-nin əməkdaşlığın davam etdirilməsi ilə bağlı hər hansı müraciəti əvvəlcə İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən nəzərdən keçiriləcək.
Sentyabrın 20-də bildirildi ki, İranın Ali Milli Təhlükəsizlik Şurası BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermədən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandırmaq barədə qərar qəbul edib .
Bundan əvvəl MAQATE və İran İslam Respublikasındakı nüvə obyektlərində yoxlama fəaliyyətlərini sentyabrın əvvəlində bərpa etmək barədə razılığa gəliblər; əməkdaşlıq bundan əvvəl İsrail və ABŞ-ın İrana zərbələrindən sonra dayandırılmışdı.