İran nüvə silahı hazırlamağa yaxınlaşmayıb belə…- “Mossad”ın keçmiş rəhbəribackend

İran nüvə silahı hazırlamağa yaxınlaşmayıb belə…- “Mossad”ın keçmiş rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çünki İranın etdikləri keçmişə nisbətən daha az xarici dəstəyə malikdir…”

“İran bu günə qədər nüvə silahı hazırlamağa yaxınlaşmayıb belə”.

NOCOMMENT.az xəbər verir ki, “Jerusalem Post”un bu fikri “Mossad”ın keçmiş rəhbəri Yossi Koen ifadə edib.

“Düşünürəm ki, İran bu günə qədər nüvə silahı hazırlamağa belə yaxınlaşmayıb… Bu, dünyanın bəzi qüvvələrinin çoxdankı səylərindən qaynaqlanır”- Koen belə deyib.

Onun sözlərinə görə, İranın mövqeyi daha zəifdir. Çünki İranın etdikləri keçmişə nisbətən daha az xarici dəstəyə malikdir.

“İran nüvə silahı istehsal edərsə, İsrail onu təkbaşına dayandıra bilməlidir – deyə keçmiş kəşfiyyat rəhbəri bildirib.

Partlayıcı qurğular olmadan bunun mümkün olub-olmadığını soruşduqda Koen “İsrailin əvvəllər iki dəfə etdiyini edərək tamamilə müstəqil olmağımıza şərait yaradan imkanları inkişaf etdirməliyik. Söhbət Suriya və İraqdakı nüvə reaktorlarının bombalanmasından gedir. Onlar İranda dinc yatmamalıdırlar” – cavabını verib.
Moderator.az