İran ordusunun sərhəddəki təlimləri ilə bağlı açıqlama – Hərbi gücümüz dostlarınızın xidmətindədirbackend

İran ordusunun sərhəddəki təlimləri ilə bağlı açıqlama – Hərbi gücümüz dostlarınızın xidmətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub. Dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox”.

NOCOMMENT.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib, bu, planlı təlim olub: “Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz”.