İran nüvə silahı əldə etməyə çalışmır və heç vaxt da çalışmayacaq.
NOCOMMENT.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının tribunasından İran prezidenti Məsud Pezeşkian bəyan edib.
Pezeşkian bildirib ki, ABŞ-ın təşəbbüsü ilə “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya, Fransa) İrana təzyiq göstərməyə və 2015-ci il nüvə sazişi ilə ləğv edilmiş antiiran sanksiyalarını bərpa etməyə cəhd göstərib.