İran Prezidenti Məsud Pezeşkian BMT Təhlükəsizlik Şurasını və Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) təcavüzkar dövlətlərə və “müharibə təşviqatçılarına” qarşı daha məsuliyyətli yanaşmağa çağırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“BMT Təhlükəsizlik Şurası və MAQATE təcavüzkarlara və müharibə alovlandıranlara qarşı daha məsuliyyətli mövqe sərgiləməlidir”, – deyə İran lideri Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasına videomüraciətində bildirib.
Prezident Pezeşkian İsrailin hərəkətlərini qınayan bütün ölkələrə təşəkkür edib. O, Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitinin Yaxın Şərqdəki təcavüzə qarşı birgə mövqeyin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm imkan yaratdığını vurğulayıb.