İran prezidenti HƏMAS-ın rəhbərinə başsağlığı veribbackend

İran prezidenti HƏMAS-ın rəhbərinə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti İbrahim Rəisi övladlarının və nəvələrinin faciəvi ölümü ilə əlaqədar HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə başsağlığı verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Bundan əvvəl media Qəzza zolağında hakim olan Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin üç oğlu və bir neçə nəvəsinin İsrailin bölgəyə endirdiyi zərbə nəticəsində öldürüldüyü barədə məlumat yaymışdı.

İsmayıl Haniyənin özü yaxınlarının itkisini şərh edərək, bunun Qəzza zolağında hərəkatın atəşkəs istəyinə təsir etməyəcəyini vurğulayıb.

Oğullarının və nəvələrinin ölüm xəbərlərindən sonra dərc olunan açıqlamasında Haniyə İsraillə mübarizə illərində onun 60-a yaxın qohumunun həlak olduğunu qeyd edib.